Ermənistanda koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI

Dünya
11:11 / 15.10.2020
1211
Ermənistanda daha 1 371 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər ölüb.
Sfera.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 59 995-ə, pandemiyadan ölənlərin sayı isə 1 039-a çatıb.
Ötən gün ölkədə 1 058 yoluxma, 7 ölüm faktı qeydə alınmışdı.