Azərbaycan Prezidenti: “Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq”

Azərbaycan Prezidenti: “Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq”
"Toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də "France 24” televiziya kanalına müsahibəsində "ATƏT-in Minsk qrupu, hazırkı həmsədrlər olan Fransa, ABŞ və Rusiya ilə vasitəçilik davam edir. Sizcə Fransanın bu danışıqlarda həmsədr qalması ilə bağlı bu struktur qalmalıdır” sualına cavabında deyib.

"Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik. Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın Xarici İşlər naziri bəyanat verib ki, Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf tutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir”, - deyə dövlət başçısı vurğulayıb.

Azərbaycan Prezidenti qeyd edib ki, hər bir ölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlə daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var: "Bu, normaldır və heç kim buna etiraz etmir. Lakin əgər bəzi ölkələrin vasitəçilik mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf - Ermənistan və Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı görürük. Ona görə də, düşünürəm ki, sizin indi qeyd etdiyiniz məsələ bitib, beləliklə, biz həmin səhifəni bağlamışıq”.

OXŞAR XƏBƏRLƏR

Bu gün Xətainin bəzi hissələrində işıq olmayacaq

Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Azərişıq ASC-dən Sfera.az-a ve...

Sürücülərin NƏZƏRİNƏ - Saat 08:00-dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.   Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat ver...

“Qəzzaya çox pul verdik, amma təşəkkür edən olmadı” -Tramp

Donald Tramp Şotlandiyada yerləşən “Turnberri” qolf kompleksində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı Qəzza ilə bağlı diqqətçə...

Hikmət Hacıyev Əhmədianla telefonla danışdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik ...

Dikdaban ayaqqabıları çıxarıb əsgər çəkməsi geyinəcəklər

Yaponiya qadınların silahlı qüvvələrə cəlb edilməsinə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az “Kyodo” agentliyinə istinadən xəb...