Ermənilər Baharlı qəsəbəsini atəşə tutdu: yaralılar var - FOTO

09:46 / 15.10.2020
1297
Ermənistan silahlı qüvvələri Ağdam istiqamətində yaşayış məntəqələrini intensiv atəşə tutmağa davam edir.
Sfera.az-ın APA-ya istinadən xəbərinə görə, hazırda rayonun məcburi köçkünlərin kompakt məskunlaşdırıldığı Baharlı qəsəbəsi atəşə tutulur.
Nəticədə 1979-cu il təvəllüdlü Musayev Roman Yusif oğlu, 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu yaralanıb. Onların hər ikisi məcburi köçkündür.