Bu ölkədə siqaret reseptlə satılacaq - SƏBƏB

Dünya
00:13 / 15.10.2020
4234
Avstraliyada siqaret istifadəsini tamamən azaltmaq üçün yeni plan tərtib edilib.
Sfera.az xəbər verir ki, Avstraliya höküməti yüzdə 15 faiz olan siqaret istifadəsini 2025-ci ilə qədər yüzdə 10 faizə qədər azaltmağı planlayır. ''Queensland'' universiteti və tibbi araşdırma mərkəzi bununla bağlı yeni plan hazırlayaraq yaxın 5 il ərzində siqaretin reseptlə satılmasını təklif edib. Qanun hələlik tam olaraq qüvvəyə minməsə də, hökümət layihəni tezliklə həyata keçirməyi planlayır. Xatırladaq ki, Avstraliya siqaretin ən baha satıldığı ölkələr siyahısında ön sıradadır.