Erməni hakerlər Sfera.az-a hücum etdi - TƏXRİBAT

Erməni hakerlər Sfera.az-a hücum etdi - TƏXRİBAT
Azərbaycan Ordusunun Dağlıq Qarabağda başlatdığı uğurlu əks-hücum əməliyyatları düşmən tərəfdə ciddi qorxu və panika yaradıb. Düşmən cəbhədəki uğursuzluqlarını informasiya müharibəsindəki təxribatlarla kompensasiya etməyə çalışır.

Bu məqsədlə erməni hakerlər Azərbaycanda fəaliyyət göstərən nüfuzlu xəbər agentliklərinə və saytlarına hücumlar təşkil edərək, səhifələrində təxribatçı məlumatlar yerləşdirir. Qeyd edək ki, bir müddət öncə Sfera.az saytına da hücum edilmiş və Azərbaycanda yaşayan xalqlar arasında nifaq salmaq kimi məkrli məqsəd daşıyan "məqalə” yerləşdirilmişdir.

Bu təxribata cavab olaraq bəyan edirik ki, döyüş meydanında olduğu kimi informasiya müharibəsində də qalib tərəf biz olacağıq. Düşmənin etməyə çalışdıqları isə ucuz və bəri başdan iflasa uğrayan fəaliyyətdən başqa heç nə deyil.

Ölkəmizdə yaşayan bütün xalqların bir vətəni var – Azərbaycan! Bu ölkə Ermənistandan fərqli olaraq monoetnik tərkibə malik deyil, Azərbaycanda çoxsaylı xalqlar yaşayır. Müharibəmiz isə Vətən Müharibəsidir və bu vətənin bütün xalqlar və vətəndaşları bu torpaq uğrunda fəadakarlıqla savaşır. 

Görünür, Azərbaycan xalqının bu birlik əzmi və qələbə ruhu düşməndə böyük qorxu yaradıb. Qorxunun isə əcələ faydası yoxdur. 

Azərbaycanda yaşayan bütün xalqlar vətənin müdafiəsindədir və mənfur düşmənlərimiz üzərindəki parlaq qələbəni də birlikdə qeyd edəcəklər.

Qarabağ Azərbaycandır!


OXŞAR XƏBƏRLƏR

Bakıda qadın qətlə yetirilib: Əri şübhəli bilinir

Bakı şəhərində qətl hadisəsi baş verib   Sfera.az xəbər verir, 22 yaşlı Günay Məmmədova qətlə yetirilib. Onun qətlində həyat yoldaşı şübhəli bilinir....

Tokayev Türkiyədə səfərdədir

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev Türkiyədə səfərdədir.   Sfera.az xəbər verir ki, Tokayevi paytaxt Ankaranın Esenboğa Beynəlxalq Hava Lim...

Rusiyada abortlar tam qadağan oluna bilər

Rusiyada abortların yalnız tibbi göstərişlər olduqda həyata keçirilməsi təklif olunub.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Dumasındakı Libera...

35 ildir nadir təyyarələri toplayıb təkrar emal edir: Aralarında Səddam Hüseynə məxsus

Uzun illər əvvəl Britaniyalı sahibkar Mark Qreqori tərəfindən yaradılmış Air Salvage International (ASI) şirkəti qeyri-adi bizneslə məşğuldur. O və adamları müx...

İslamı qəbul edən əfsanəvi boksçu öldü

Məşhur amerikalı boksçu Duayt Məhəmməd Qavi 72 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə ESPN onun bacısı Vanda Kinqə istinadən məluma...

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü - VİDEO

Dünya şöhrətli ulduz Cennifer Lopez 56 yaşını Polşanın paytaxtı Varşavada verdiyi konsertdə qeyd edib. Onun ifası zamanı başına gülməli hadisə gəlib. Səhnə...