Prezident: Biz atəşkəsə razı olmaya da bilərdik

Prezident: Biz atəşkəsə razı olmaya da bilərdik
Biz Ermənistana şans verdik. Biz bu atəşkəsə razı olmaya da bilərdik. Kim bizi məcbur edə bilərdi?! Heç kim. Biz bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər. Onlar da yazıqdırlar. Onları da qovurlar. İndi bizim Müdafiə Nazirliyi videokadrlar yayıb, zəncirlə bağlayırlar erməni əsgərlərini, zəncirlə, dəmirə bağlayırlar, bir-birinin ayağına bağlayırlar ki, qaçmasınlar. Neçə dənə belə meyit çıxdı. Dəhşətdir, bunlar adam deyil. Son günlərdə erməni əsgərlərinin arxasınca cəza taborları gəlir. Əgər kimsə geri qaçarsa, o, orada vurulur, yəni, belə vəhşilik, belə faşizm.

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Türkiyənin "Haber Türk” telekanalına müsahibəsində Azərbaycan tərəfinin atəşkəsə razılıq verməsinin səbəbləri barədə danışarkən deyib.

"Biz bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə. Ona görə Ermənistana şans verdik, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı bizə ver. Sənin torpağın bizə lazım deyil. Bizim Ermənistan torpağında gözümüz yoxdur. Sizə də söylədim, oradakı ermənilər harada yaşayıblar, orada da yaşayacaqlar, bizim onlarla heç bir problemimiz yoxdur. Yəni, bu mərhələ üçün bizim siyasətimiz bundan ibarətdir sona qədər”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Bakıda qadın qətlə yetirilib: Əri şübhəli bilinir

Bakı şəhərində qətl hadisəsi baş verib   Sfera.az xəbər verir, 22 yaşlı Günay Məmmədova qətlə yetirilib. Onun qətlində həyat yoldaşı şübhəli bilinir....

Tokayev Türkiyədə səfərdədir

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev Türkiyədə səfərdədir.   Sfera.az xəbər verir ki, Tokayevi paytaxt Ankaranın Esenboğa Beynəlxalq Hava Lim...

Rusiyada abortlar tam qadağan oluna bilər

Rusiyada abortların yalnız tibbi göstərişlər olduqda həyata keçirilməsi təklif olunub.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Dumasındakı Libera...

35 ildir nadir təyyarələri toplayıb təkrar emal edir: Aralarında Səddam Hüseynə məxsus

Uzun illər əvvəl Britaniyalı sahibkar Mark Qreqori tərəfindən yaradılmış Air Salvage International (ASI) şirkəti qeyri-adi bizneslə məşğuldur. O və adamları müx...

İslamı qəbul edən əfsanəvi boksçu öldü

Məşhur amerikalı boksçu Duayt Məhəmməd Qavi 72 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə ESPN onun bacısı Vanda Kinqə istinadən məluma...

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü - VİDEO

Dünya şöhrətli ulduz Cennifer Lopez 56 yaşını Polşanın paytaxtı Varşavada verdiyi konsertdə qeyd edib. Onun ifası zamanı başına gülməli hadisə gəlib. Səhnə...