“İtkilərimizin sayı böyükdür” - Paşinyandan ETİRAF

15:07 / 14.10.2020
6912
"Bu müddət ərzində xeyli itki verdik. Hazırda itkilərimizin sayı böyükdür”.
Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan qoşunları şimal və cənub istiqamətində geri çəkiliblər:
"Azərbaycan Silahlı Qüvvələri taktikanı dəyişdirib. "Artsax" ordusu vəziyyətə nəzarət etməyə çalışır, amma vəziyyət çətindir. Bunu ümidsizliyə sövq etmək üçün demirəm, xalqla həqiqət dilində danışıram deyə deyirəm".