Mata illik 20 milyon avro maaşdan imtina etdi

İdman
16:55 / 13.10.2020
2426
"Mançester Yunayted”in futbolçusu Xuan Mata Səudiyyə Ərəbistanı klubuna keçməkdən imtina edib.
Sfera.az xəbər verir ki, adı açıqlanmayan klub 32 yaşlı yarımmüdafiəçiyə illik 16 milyon maaş alacağı təklif göndərib. İspaniyalı oyunçu bu təklifi qəbul etmədiyi üçün qarşı tərəf məbləği çoxaldaraq, 20 milyon avroya çatdırıb. Lakin Mata bu təklifi də rədd edib.
Bildirilir ki, futbolçu karyerasını "qırmızı şeytanlar”da davam etdirmək istədiyindən əmindir.
Qeyd edək ki, X.Mata 2014-cü ildən "Mançester Yunayted”də çıxış edir. O, eyni zamanda 2009-cü ildən İspaniya millisinin üzvüdür.