Ermənistanda koronavirusa rekord sayda yoluxma qeydə alındı

Dünya
10:40 / 13.10.2020
1039
Ermənistanda koronavirusa yoluxanların sayı 57 566 nəfərə çatıb.
Sfera.az xəbər verir ki, son sutka ərzində 745 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 6 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 032 nəfər koronavirusdan ölüb, 9 908 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.