Rusiyalı ekspertdən ermənilərə: “Qulağınızın dibini görərsiniz”

Rusiyalı ekspertdən ermənilərə: “Qulağınızın dibini görərsiniz”
Ermənistanın siyası rəhbərliyi hər vəchlə Qarabağ münaqişəsinə regiondakı maraqlı oyunşuları, xüsusilə Rusiyanı cəlb etmək istəyir. Guya Türkiyə Ordusunun hərbi əməliyyatlarda iştirakı barədə iddialar, Ermənistan ərazisindən Azərbaycanın münaqişə ocağından xeyli aralıda yerləşən şəhər və rayonlarını, mülki əhalini hədəfə alması, bununla Bakını İrəvana cavab zərbələri endirməyə təhrik etməyə çalışması və digər bu kimi təxribatçı addımlar məhz Rusiyanı münaqişəyə cəlb etmək məqsədi daşıyır.

Erməni lobbi qrupları və xarici ölkələrdəki diaspor nümayəndələri İrəvanın bu niyyətini açıq mətnlə bəyan edirlər. Rusiya Prezidenti Vladimir Putinin "Müharibə Azərbaycan ərazisində gedir” deməklə Kremlin baş verənlərə müdaxilə etməyəcəyinə işarə vurmasından sonra bu çağırışlar daha da intensivləşib. Artıq Rusiya ictimaiyyətindən də Ermənistanın bu müstəsna həyasızlığına etirazlar gəlməyə başlayıb.

Məsələn, rusiyalı tanınmış jurnalist, "Milli müdafiə” dərgisinin baş redaktoru, eyni zamanda hərbi ekspert olan İqor Korotçenko erməni lobbisi və diaspora nümayəndələrinin bu çağırışlarına sərt cavab verib. "Erməni lobbisinin "Putin, Qarabağa ordu yerit”  bağıran nümayəndləri əvvəlcə öz oğullarını Dağlıq Qarabağdakı cəbhə zonasına göndərsinlər, qoy döyüşsünlər! Yoxsa ki, onların oğulları ABŞ-da yerləşməli, rus əsgəri isə Paşinyanın hərbi yarıtmazlığına ölməlidir. Qulağınızın dibini görərsiniz!”, - deyə rusiyalı jurnalist "Twitter” hesabında yazıb.
  
 


OXŞAR XƏBƏRLƏR

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər verir ki, Füzuli ...

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...