“Ədaləti müdafiə edən ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”

“Ədaləti müdafiə edən ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”
"Ədaləti və bərabərliyi müdafiə edən bütün ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”.

Sfera.az  xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İqtisadi Forumunun açılışındakı çıxışında Dağlıq Qarabağ məsələsinə toxunarkən deyib.

"Ermənistanın Azərbaycana hücumları səbəbindən Dağlıq Qarabağ bölgəsində gərgin toqquşmalar baş verir. Dağlıq Qarabağ Ermənistanın 30 ilə yaxındır işğal etdiyi Azərbaycan ərazisidir. Qərarlar və çağırışlara baxmayaraq, Ermənistan bu torpaqlardan çəkilmədi, Minsk qrupu isə problemi həll etmək üçün iradə göstərmədi.

Ermənistanın uzlaşmaya getməyən və şıltaq münasibəti sayəsində 30 ildir qanqrenaya çevrilən bu problemin həlli işğalın sonudur. İşğalın qanuniləşdirilməsi təkliflərinin ərazidə tətbiq olunma şansı artıq yoxdur. Görürük ki, Azərbaycan torpaqlarını azad etmək üçün çox əzmlidir.

Türkiyə olaraq Azərbaycanın haqq işini dəstəkləyirik. Ədaləti və bərabərliyi müdafiə edən bütün ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”,-deyə Ərdoğan qeyd edib.

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...