Marqanisin yoxa çıxmasının SƏBƏBİ - FOTO

Marqanisin yoxa çıxmasının SƏBƏBİ - FOTO

Elmi adı kalium-permanqanat olan marqanislə biz lap uşaqlıqdan tanışıq: Bütün nənələr və analar bilir ki, marqanis vannası körpələrdə göbək yarasının sağalmasına kömək edir və suyu dezinfeksiya edir.

Marqanisdən yaraların təmizlənməsi (Bəzi mütəxəssislər yoddan deyil, məhz marqanisdən istifadəni təkid edirlər) üçün də istifadə olunur.

Yüngül qatışığından zəhərlənmə zamanı mədəni yumaq üçün, xəstələnəndə isə boğazı qarqara etmək üçün istifadə olunurdu.

Əgər bir neçə il öncə bu məhlulu istənilən aptekdə tapmaq mümkün olurdusa, bu gün kalium permanqanatı praktik olaraq tapmaq mümkün deyil. Bəs bunun səbəbi nədir?

Milli.Az faktxeber.com-a istinadən bununla bağlı araşdırmanı təqdim edir:

Məlum olub ki, bunun bir neçə səbəbi var.
 
Birincisi bu preparatdan bəzi narkotik vasitələrin, məsələn "vint"in hazırlanmasında istifadə olunur.

Bu narkotikin necə hazırlanmasını çox az adam bilir. Lakin marqanisin narkotik hazırlayarkən güclü katalizator olduğu, hətta məktəblilərə də məlumdur.
 
İkinci səbəb təhlükəsizlik tədbirləri ilə bağlıdır: maddə partlayıcılıq xüsusiyyətinə malikdir. Bütün apteklər marqanis satmaq üçün uyğun şəraitlə təmin olunmayıb. Onun saxlanılması üçün aptek müəssisəsi ya metal qalxanlara və qapı çərçivələri ilə bölünməli, ya da xüsusi oda davamlı maddə ilə hopdurulmuş olmalıdır. 

Bu cür tibbi avadanlıqların vitirinə qoyulması qadağandır.

Bundan başqa bəzi insanlar bu maddənin köməyi ilə özlərinin və başqalarının həyatına təhlükə yarada bilərlər.
 
Ancaq, ümumiyyətlə, apteklərdə bu maddəyə ciddi nəzarət olunmasına səbəb kimi, əsasən, birinci variant əsas götürülür.

Qeyd edək ki, Ukrayna və Belorusiya kimi ölkələrdə isə bu maddənin satışı, ümumiyyətlə, qanunla qadağan olunub. Bu səbəbdən bəzi xarici ölkələrdə gömrükdə insanın üstündən bu maddənin tapılması narkotik qaçaqmalçılığı kimi qeydiyyata salınmaqla nəticələnə bilər.


OXŞAR XƏBƏRLƏR

Hollandiyada 40-dan çox sənət əsəri zibilliyə atıldı

Maaşorst (Hollandiya) bələdiyyəsində bələdiyyə binasının bərpası zamanı ümumi dəyəri təxminən 22 min avro olan 45 sənət əsəri zibillə birlikdə çölə atılıb. Atıl...

Kişinin iki qadınla “toy”u polisin tələbi ilə ləğv edilib

Çin sosial mediasında klassik qara kostyumlu bir kişinin gəlinlik paltarında iki qadının müşayiəti ilə göstərildiyi toya dəvətnamə postu yayılıb. Şəkildə hər üç...

Gəzinti zamanı 1500 qədim sikkə tapdı - FOTO

Rumıniyada metal detektoru olan bir adam təxminən 1500 qədim Roma gümüş sikkəsini aşkar edib. Sikkələr demək olar ki, 1700 ildir ki, yerdə qalıb.   ...

Pakistan və Hindistan demarkasiya xəttinə atəş açır

Pakistan və Hindistan arasında bir neçə yerdə atışma qeydə alınıb. Demarkasiya xətti boyunca bir neçə nöqtədə atəş açıldığı bildirilir. Pakistan tərəfi atəş açı...

Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 39 il ötür.   Sfera.az xatırladır ki, XX əsrin faciəsi adlandırılan bu hadisə ...

Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub

Türkiyənin Konya şəhərinin 67 yaşlı sakini dizindən əməliyyat olunduqdan və ardından yaranmış damar tıxanmasından sonra ana dilini unudub və on ildən sonra ilk ...