Çexiyanın adı dəyişdirilir

Çexiyanın adı dəyişdirilir
Çexiya dövlətinin adı dəyişdirilir.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin XİN rəhbəri Lubomir Zaoralek bildirib ki, hökumət ölkənin rəsmi adının dəyişdirilməsini qərara alıb və bu mövzudakı qanun layihəsi həftə ərzində parlamentə təqdim olunacaq. Məlumata görə, Çexiya parlamentinin qərarından sonra Birləşmiş Millətlər Təşkilatına rəsmən müraciət edilərək ölkənin adının yeni şəkildə qeydiyyata alınması tələb ediləcək. Zaoralek hesab edir ki, ingilis dilindən tərcümədə düzgün variant "Czechia” sözü olacaq.
Hazırda Çexiya sözü rəsmi statusa malik deyil. Yəni, Çexiya Respublikası (Czech Republic) yalnız ölkənin adıdır.
Çexiyanın (ingiliscə Czechia) altı dünya dilində, yəni ərəbcə, çin, ingilis, ispan, fransız və rus dillərində eyni şəkildə deyilməsinin rahatlıq yaradacağı gözlənilir.
Dövlət başçısı Miloş Zeman isə bir müddətdir ki, ingilis dilində danışıqlarında ölkəsini "Czechia” adlandırır.

OXŞAR XƏBƏRLƏR