Poroşenkonun vəziyyəti ağırdır

Dünya
14:17 / 07.10.2020
1551
Koronavirusa yoluxmuş Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun vəziyyəti ağırdır.
Sfera.az bildirir ki, bunu keçmiş dövlət başçısının xanımı Marina Poroşenko açıqlayıb.
Onun sözlərinə görə, hətta həkimlər xəstəliyin gedişini öyrənmək, səhhətinə nəzarət etmək üçün ondan analiz götürə bilmirlər.
Petro Poroşenko sentyabrın 29-da koronavirusa yoluxub, oktyabrın 3-də isə hospitala yerləşdirilib.