Aynişan Paşinyana od püskürdü: “Doğuşdan qorxaqsız”

Maqazin
13:13 / 06.10.2020
1435
Əməkdar artist Aybəniz Haşımova və şəhid Xalid Quliyevin
qızı - müğənni,
bloqer Aynişan Quliyeva Ermənistanın
baş naziri Nikol Paşinyanı
tənqid edib.
Sfera.az xəbər verir ki, Aynişan sosial şəbəkə hesabında Paşinyanın "Instagram” hesabında təzyiqlərdən sonra şərhlər bölməsini bağladığını qeyd edib:
"Nikol Paşinyan artıq paylaşımlarında şərhləri bağlayır. Bir dənə əsgər tapıb deyib ki, "qurban olum "pomoqi” gəl şəklini çəkim. Dünya elə bilsin ki, bizim də əsgərlər sevinərək savaşır”. Sizin əsgərlər yalnız foto üçün poz verə bilər. Beş dəqiqə sonra da ya ağ bayraq sallayar, ya da qoyub qaçar. Siz doğuşdan qorxaqsız”.