Ermənistanda Rusiya səfirliyini belə yumurta atəşinə tutdular – VİDEO

Ermənistanda Rusiya səfirliyini belə yumurta atəşinə tutdular – VİDEO

 

Azərbaycana silah satışına etiraz aksiyasının iştirakçıları aprelin 14-nə keçən gecə Rusiyanın İrəvandakı səfirliyini yumurta və qəpik atəşinə tutublar.

Oxu.Az "Qafqazski uzel”ə istinadən xəbər verir ki, polis diplomatik nümayəndəliyə gedən yolu bağlayıb, amma aksiya iştirakçıları mühasirəni yaramağı bacarıblar.

Aksiyada yüzlərlə insan iştirak edib.

"Novosti Armenii” nəşri əlavə edib ki, tədbir zamanı Ermənistanın Avrasiya İqtisadi İttifaqının tərkibindən çıxmasına çağırışlar səslənib.

Aksiyaya toplaşanlar "Biz – Artsaxın (ermənilər işğal edilmiş Dağlıq Qarabağı belə adlandırırlar –red.) sahibiyik”, "Azad, müstəqil Ermənistan”, "Artsax sizin üçün poliqon deyil” şüarlarını səsləndiriblər. Daha sonra polis aksiya iştirakçılarını səfirliyin binasından uzaqlaşdırıb.


OXŞAR XƏBƏRLƏR