Rusiyanın bombardmançısı ABŞ gəmisinin üzərindən uçdu – FOTO+VİDEO

Rusiyanın bombardmançısı ABŞ gəmisinin üzərindən uçdu – FOTO+VİDEO

 

Rusiyanın Baltik donanmasının "Su-24M/MR” bombardmançı-kəşfiyyatçıları Amerikanın "Donald Cook” eskadra minadaşıyanı ətrafında dövrə vurub. 

Oxu.Az xəbər verir ki, hadisə Baltik dənizində, Kalinqrad sahilinin təxminən 70 km-də aprelin 11-də baş verib. 

Amerika tərəfi Rusiya təyyarələrinin "Donald Cook” eskadra minadaşıyanı ətrafında uçmasını pisləyib.

Ağ Evin nümayəndəsi Coş Ernest Vaşinqtonda aprelin 13-də birifinq zamanı bəyan edib ki, ABŞ Administrasiyası Rusiya qırıcılarının Baltik dənizində Amerikanın eskadra minadaşıyanı "Donald Cook” ətrafında dövrə vurmalarından xəbərdardır və bunu "hərbi davranış qaydalarına müvafiq hesab etmir”.

"Ağ Ev hadisədən xəbərdardır. Bu beynəlxalq su və hava məkanında bir-birinə yaxın məsafədə yerləşən hərbi qüvvələrin peşəkar normalarına müvafiq deyil”, - C.Ernest bildirib. 

Daha öncə ABŞ silahlı qüvvələrinin Avropa komandanlığı Rusiyanı qeyri-peşəkar və təhlükə doğuran hava manevrlərinə dair dərin narahatçılığını bildirdiyi ilə bağlı bəyanat vermişdi.

"Bu əməliyyat lazım olmadığı halda ölkələr arasında gərginliyi artıra və insanların yaralanması və ölümü ilə bitən hadisələrin meydana gəlməsinə gətirib çıxara bilər”.

Xatırladaq ki, buna bənzər hadisə 2014-cü ilin aprel ayında da baş vermişdi. 

Belə ki, 2014-cü ilin aprelin 10-da eskadra minadaşıyanı Qara dənizə çıxıb, səfər Krımda baş verən hadisələrlə bağlı beynəlxalq gərginliyin kəskinləşməsi ilə əlaqədar idi.  

Aprelin 12-də Rusiya cəbhə bombardmançısı "Su-24M” 1 saatdan çox vaxt ərzində eskadra minadaşıyanın yanından keçib. 

"Donald Cook” – ABŞ Hərbi dəniz qüvvələrinin dördüncü nəsil eskadra minadaşıyanıdır, onun əsas silahı – idarə edilən raketlərdir.

Bu müharibədən sonra kütləvi istehsal edilən gəmidir, 1988-ci ildən indiyə qədər 62 gəmi inşa edilib, daha 13 gəminin inşası isə planlaşdırılır. 

Onun əsas silahı uçuş məsafəsi 2500 km olan Tomaqavk qanadlı raketləridir. Adi və zərbə variantında eskadra minadaşıyanı müvafiq olaraq 56 və 96 belə raketlərlə təchiz edilir.

 

 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...