“Rusiya Baş nazirinin İrəvana səfər etdiyi təsdiqlənərsə..." - Hikmət Hacıyev

“Rusiya Baş nazirinin İrəvana səfər etdiyi təsdiqlənərsə...

Rusiyanın Baş naziri Mixail Mişustinin İrəvana gözlənilməz səfər etməsi barədə məlumat yayılıb.APAbu məlumatları şərh etmək üçün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə müraciət edib.


- Rusiyanın Baş naziri Mixail Mişustinin İrəvana səfər etməsi barədə məlumat var. İki ölkə arasında müharibə getdiyi bir şəraitdə Mişustinin bu səfəri nə məna daşıyır?


- Bu hal təsdiqlənərsə, bizdə təəccüb doğuracaq. Ermənistan və Azərbaycan arasında müharibə getdiyi bir şəraitdə Rusiyanın Baş nazirinin İrəvana səfəri sual doğurmaya bilməz. Həmsədr ölkələr neytral olmalıdır. İndiki şəraitdə hər hansı birtərəfli addımlar faydalı deyil. Bizdə öz tərəfimizdən kimin səfər etməsi məsələsini öyrənməyə çalışacağıq.


- Bundan bir neçə gün öncə Ermənistan Baş nazirini müavini hökumət təyyarəsi ilə Moskvaya səfər etmişdi. Bu da sual doğuran məsələdir. Hətta məlumat var ki, həmin mülki təyyarədə Ermənistana silah gətirilib.


- Bu məlumatı araşdırılması üçün aidiyyəti ünvanlara göndərəcəyik. Ümumiyyətlə, mülki təyyarələr vasitəsilə silah-sursatın daşınması Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimatlarına və aviasiya təhlükəsizliyi qaydalarına köklü surətdə ziddir. Bu fakt öz təsdiqini taparsa, onda Ermənistanın rəsmi hökumət təyyarəsi ilə silah qaçaqmalçılığını həyata keçirdiyi, uçuş trayektoriyası üzrə tranzit ölkələrə düzgün məlumat vermədiyi kimi ciddi hallar ortaya çıxır.


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...