Düşmənin Ağcabədiyə raket atması nəticəsində 5 yaşlı uşaq yaralanıb

Düşmənin Ağcabədiyə raket atması nəticəsində 5 yaşlı uşaq yaralanıb
 Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin müdafiə olunmayan ərazilər, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 05.10.2020-ci il tarixdə saat 16 radələrində Ağcabədi şəhərinə 3 raket atıb. 

Atılmış raketlərdən biri partlamamış, biri həyətyanı sahəyə düşərək yaşayış evində dağıntılara səbəb olmuş, digəri isə yaşayış evinə düşüb.
Yaşadıqları evə raket düşməsi nəticəsində şəhər sakinləri 1994-cü il təvəllüdlü İbrahimov Elşən Mehdi oğlu və qardaşı qızı 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəyib. 

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...