MN: Düşmənin 4 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib

Cəmiyyət
17:51 / 05.10.2020
1683
Qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2 ədəd, 41-ci artilleriya alayının 2 ədəd BM-21 "Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.
Sfera.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.