Prezident: "Tarixi ədalət onu deyir ki, Qarabağ qədim Azərbaycan torpağıdır"

Prezident:
 Biz bu məsələni tarixi ədalət əsasında həll etməliyik. Tarixi ədalət onu deyir ki, Qarabağ qədim Azərbaycan torpağıdır və bütün tarixi sənədlər, bütün tarixi abidələrimiz bunu göstərir. Eyni zamanda, biz həmişə müzakirə masasında çox müsbət davranış nümayiş etdirmişdik və müzakirə masasında olan təkliflər də bu məsələnin həllini mümkün edir.

Sfera.az  xəbər verir ki, Prezident İlham Əliyev bunu "TRT Haber” telekanalına müsahibəsində təklifləri şərh edərkən söyləyib.

Dövlət başçısı mərhələli həll variantı barədə danışaraq deyib: "İlk mərhələdə ermənilər beş bölgədən çıxır, sonrakı mərhələdə daha iki bölgədən çıxır, ondan sonra vaxtilə Dağlıq Qarabağın ərazisindən qovulmuş azərbaycanlılar Dağlıq Qarabağa qayıdır, o cümlədən Şuşaya qayıdır, iki toplum çərçivəsində artıq həyat bərpa edilir, Ermənistan-Azərbaycan arasındakı sərhəd açılır, ticarət başlanır, ondan sonra insanlar bir-biri ilə təmasa girirlər və beləliklə, sülh gələcək. Yəni bu, bizim mövqeyimizdir və bu, beynəlxalq vasitəçilərin, həmsədrlərin də münasibətidir. Ermənistan bunu qəbul etmir. Bundan əlavə Ermənistanın müdafiə naziri bir neçə ay öncə demişdir ki, biz yeni torpaqlar uğrunda yeni müharibəyə başlamalıyıq”.

OXŞAR XƏBƏRLƏR

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...