“Sonadək Azərbaycanın yanındayıq“ - Hulusi Akar

"Terror qruplaşmaları ilə əməkdaşlıq edən Ermənistan cəbhədə qəhrəman Azərbaycan Ordusu qarşısında böyük məyusluğa uğrayınca əvvəlcə qarayaxma kampaniyası aparsa da, hamısının yalan olduğu çox qısa zamanda məlum oldu”.
Sfera.az "Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri
Hulusi Akar bildirib.
Nazir Ermənistanın insanlığa qarşı daha artıq günah işlətməməsi üçün
işğal etdiyi torpaqları dərhal boşaltmalı, terror qrupları ilə əməkdaşlığa son
qoymalı, bölgəyə gətirdiyi muzdlu hərbçiləri, terrorçuları qısa bir müddətə
bölgədən çıxarmalı olduğunu qeyd edib.
"30 il boyu işğalı sükutla
izləyənlər Ermənistanın bu sifətini də görməli və işğal edilən torpaqların həqiqi
sahiblərinə verilməsi üçün fəaliyyət göstərməlidirlər. Sonadək azərbaycanlı
qardaşlarımızın yanındayıq, yanında olacağıq. Ermənistan indi də barbarcasına və
terror əməlləri ilə günahsız mülki sakinlərin yaşadığı bölgələri hədəf alır.
Bu, hərbi cinayətdir. Uşaq, qadın, yaşlı demədən günahsız mülkü şəxsləri
açıq-aşkar hədəf alan Ermənistan hakimiyyəti başda öz xalqı olmaqla insanlıq qarşısında yaxın zamanda mühakimə olunacağını hamının bilməsi lazımdır.
Buna heç kim şübhə etməsin”, - deyə türkiyəli nazir vurğulayıb.