“Ermənistanın Bakıya yaxın ərazini atəşə tutması beynəlxalq cinayətdir” – Çavuşoğlu

“Ermənistanın Bakıya yaxın ərazini atəşə tutması beynəlxalq cinayətdir” – Çavuşoğlu
"Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına hücumları yeni hal deyil”.

Sfera.az bildirir ki, bu barədə M. Çavuşoğlu Ankarada səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyəli nazir Xocalıda 600-dən çox günahsız insanın qətlə yetirildiyini xatırladıb.

"Bu il iyulun 12-dən başlayaraq Ermənistan hücumlarını davam etdirir. Artıq Bakıya yaxın ərazini belə atəşə tuturlar. Bu, beynəlxalq cinayətdir. Bütün beynəlxalq təşkilatlar, dövlətlər bu məsələdə ya hər iki tərəfə eyni münasibət göstərirlər, ya da Ermənistanın tərəfini tuturlar.
NATO da bu məsələdə hər iki tərəfə eyni münasibəti nümayiş etdirir. Güclünün deyil, haqlının yanında olmaq lazımdır. 30 ildir Azərbaycan torpaqları işğal altındadır və bir milyondan çox qaçqın və məcburi köçkün var”, - deyə M. Çavuşoğlu qeyd edib. /APA


OXŞAR XƏBƏRLƏR

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...