"O, hansı vətənə qayıdır, məgər bura onun vətənidir? – Prezidentdən Saakaşviliyə sərt sözlər

Gürcüstan Prezidenti Salome Zurabişvili Mixail Saakaşvilinin istəyi olarsa, ona Gürcüstan vətəndaşlığını qaytarıb-qaytarmayacağına aydınlıq gətirmək əvəzinə, eks-prezidentə vətənini müəyyənləşdirməyi məsləhət görüb.


Qeyd edək ki, 2015-ci ildə - Ukrayna pasportu aldıqdan sonra Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Gürcüstan vətəndaşlığını yenidən almaq və ya bərpa etmək üçün isə siyasətçi prezident Salome Zurabişviliyə müraciət etməlidir.

 

Sfera.az RİA.Novosti-yə istinadla xəbər verir ki, Saakaşvilinin özü vətəndaşlığını məhkəmə yolu ilə qaytaracağını bildirib. Daha əvvəl isə Zurabişvili Saakaşviliyə Gürcüstan vətəndaşlığı verib-verməyəcəyi ilə bağlı suala mənfi cavab vermişdi.

 

Az əvvəl Saakaşvili Ukraynadan Gürcüstana qayıtdığını bəyan etmişdi. Keçmiş dövlət başçısı prezidentliyi dövründə bir çox səhvlərə yol verildiyini etiraf edərəkbildirmişdi ki, indi "ölkəsinə xidmət etmək" üçün kifayət qədər təcrübə qazanıb. Gürcüstan hökumətinin bir sıra nümayəndələri Saakaşvilinin açıqlamasını mənfi qiymətləndirmişdi, ədliyyə naziri Teya Tsulukiani isə eks-prezidentin sərhədi keçməyə cəhd etdiyi təqdirdə, dərhal sərhəd keçid məntəqəsində saxlanacağına söz vermişdi.


"O, hansı vətənə qayıdır, məgər bura onun vətənidir? Axı o, Ukraynanı da öz vətəni adlandırır. Buna görə də hələlik vətənini müəyyənləşdirsin, sonra ərizə verər. Əvvəlcə qoy xahiş etsin,yalnız o zaman qərar veriləcək. Hipotetik suallara isə cavab vermirəm.

 

O, mənə ərizə ilə müraciət etməyib və deyəsən heç belə bir fikri də yoxdur. Məncə, bütünbunlar daha çox fırıldağa oxşayır, amma bu onun şəxsi qərarıdır. Nəticənin necə olascağını isə gələcək göstərər.",-deyə Zurabişvili Rustavi 2 telekanalına vürdiyi müsahibədə bildirib.

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...