Hikmət Hacıyev ermənilərin atəşə tutduğu Gəncə bazarının görüntülərini paylaşdı - VİDEO

Sfera.az-ın məlumatına görə, bu barədə "Twitter” hesabından paylaşım edən H.Hacıyev qeyd edib ki, "Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər böyük şəhərlərinə qarşı intensiv raket və mərmilərlə hücumları mülki insanları öldürmək məqsədi ilə həyata keçirilən dövlət terrorudur. Bunun üçün Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyət daşımalıdır”.
O, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində dağıdılan Gəncə bazarı barədə video paylaşıb.
Prezident köməkçisi paylaşımına aşağıdakı qeydi edib:
"Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutdu. Bazar necə hərbi əhəmiyyət daşıya bilər? Heç nəyə fərq qoymadan edilən bu raket hücumları yalnız mülki əhali arasında kütləvi itkilərə səbəb olmaq məqsədi ilə edildi. Ermənistanın mülki azərbaycanlılara qarşı dövlət terrorizmi davam edir”.