Zərdabda zəlzələ oldu

Hadisə
12:36 / 05.10.2020
1156
Zərdabda zəlzələ baş verib.
Bu barədə Sfera.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumat verir.
Bildirilib ki, yerli vaxtla saat 10:56-da Zərdab stansiyasından 15 kilometr qərbdə yeraltı təkan qeydə alınıb. Zəlzələ episentrdə 4, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 4.1, dərinliyi 18 kilometr olub.