Daha 20 şagirddə koronavirus aşkarlandı

12:35 / 05.10.2020
1058
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən Sfera.az-a bildirilib ki, 13 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 20 şagird və 16 işçidə koronavirus aşkarlanıb.
4 sinif distant təhsilə keçib.
İndiyə qədər ölkə üzrə bir məktəb, 27 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.