Zurabişvili münaqişə tərəfləri ilə danışıqlar aparacaq

Siyasət
12:32 / 05.10.2020
1116
Gürcüstan prezidenti Salome Zurabişvili yaxın günlərdə azərbaycanlı
və erməni həmkarları ilə telefon danışı aparmağı planlaşdırır.
Sfera.az bildirir ki, bu barədə o, "Rustavi 2” telekanalına müsahibəsində deyib: "Prezidentlərlə danışıqlar aparmaq vaxtı yetişib. Danışıqlar bu həftəyə planlaşdırılıb. Gürcüstanın hər iki qonşu ölkəyə münasibətbə neytrallığını saxlamağı vacibdir. Ölkələrimizin iqtisadiyyatı və inkişafı bölgədə sabitlikdən asılıdır”.