Tramp müşavirinə bu sirrini açmamağı tapşırıb: “Heç kimə deməyin…”

ABŞ Prezidenti Donald Tramp ilk COVID-19 testinin müsbət nəticə verdiyini gizlədibmiş.
Sfera.az xəbər verir ki, bu haqda mənbələrə istinadla Wall Street nəşri yazıb.
ABŞ lideri ötən həftə müşaviri Houp Hinks xəstələndikdən sonra koronavirus testindən keçdiyi haqda Fox News telekanalınaməlumat verib.
Qəzet qeyd edir ki, Tramp efirə çıxmazdan əvvəl keçdiyi COVID-19 testi müsbət nəticə verib. Qaydalara görə, ekspress-testi müsbət nəticə verən Ağ Ev əməkdaşları daha dəqiq müayinə üçün ikinci testdən keçir.
Dövlət başçısı ilk testinin nəticəsini açıqlamaq əvəzinə, sadəcə Hicksdə koronavirus infeksiyasının aşkarlandığını bildirib. Qəzet həmçinin iddia edir ki, Tramp müşavirlərindən birindən xahiş edib ki, onun test nəticələrini açıqlamasın. O zaman Amerika lideri müşavirinə: "Heç kimə deməyin" söyləyib.
Tramp yerli vaxtla cümə gecəsi koronavirusa yoluxduğu haqda məlumat verib və tezliklə xəstəxanaya yerləşdirilib.
Növbəti gün həkimlər prezidentin vəziyyətinin dinamikasını müsbət qiymətləndirsələr də, Ağ Evin aparat rəhbəri Mark Midous jurnalistlərə bildirib ki, dövlət başçısının sağlamlıq durumu narahatlıq doğurur və yalnız qarşıdakı günlərdə onun sağlamlığı haqda dəqiq bir söz demək mümkün olacaq.
Şənbə günü axşam isə Tramp xəstəxanadan video görüntü yayaraq, hamını əmin edib ki, vəziyyəti müsbətə doğru dəyişir.
Selcan
Sfera.az