İbtidai sinif şagirdlərinin əyani dərs saatları artırıldı

İbtidai sinif şagirdlərinin əyani dərs saatları artırıldı
Oktyabrın 5-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri həftədə 3 dəfə əyani təhsilə cəlb ediliblər.

 

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, bununla da onların əyani formada dərs saatları 8-dən 10 və ya 11 saata (həftəaşırı) qədər artıb. Bu, siniflər 2 yarımqrupa bölündüyü halda hər yarımqrupa düşən əyani dərslərin sayıdır. Sinifdə sosial məsafəni qorumaq mümkündürsə, şagirdlər yarımqruplara bölünmür, bu zaman 12 və ya 13 saat əyani dərs alırlar.

 

Yeni normalara əsasən, ölkənin digər regionlarında yerləşən və  şagird sayı 200-dən az olan məktəblər bu həftədən ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər. Bu zaman məktəb rəhbərliyi sinifdə sosial məsafənin gözlənilməsini əsas meyar götürərək qərar verməlidir. Hazırda  şagird sayı 200-dən az olan və sinifdə şagird sıxlığı sosial məsafəni gözləməyə imkan verən ümumi təhsil müəssisələrinin sayı 1700-ə yaxındır. Şagird sıxlığı epidemioloji vəziyyətin tələb etdiyi normaya uyğun olmadığı region məktəblərində əyani formada dərslər həftədə 3 dəfə olmaqla davam edəcək.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...