Xorvatiya parlamentinin üzvündən Azərbaycana dəstək

Xorvatiya parlamentinin üzvündən Azərbaycana dəstək
 

"Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməli, Cenevrə Konvensiyası pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır”.

Sfera.az xəbər verir ki, Xorvatiya parlamentinin deputatı Veljko Kajtazi belə  bəyanatla çıxış edib.

O, Azərbaycanlı həmkarlarına ünvanladığı məktubda son günlər Ermənistanın təxribatı nəticəsində onlarla dinc insanın ölümündən kədərləndiyini bildirib:

"2013-cü ildə Azərbaycanla imzaladığımız Zaqreb Bəyannaməsində Dağlıq Qarabağdakı Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in Lissabonda keçirilmiş sammitinin suverenliyə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına əsaslanan üç prinsipinə uyğun olaraq, sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayan 3-cü bəndini qeyd etmək istəyirəm. Təhlükəsizlik Şurasının müvafiq 822, 853, 874 və 884 nömrəli qətnamələrinə uyğun olaraq, suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipinə hörmət etməliyik. Gələn məlumatlarda Tərtər, Daşkəsən, Füzuli və Naftalan şəhərlərinə hücumlar nəticəsində bir çox mülki şəxslərin evləri, şəhər infrastrukturu, xəstəxanalar və inzibati binalar dağıdılmış, günahsız insanlar həlak olmuşdur. Naftalanda beş nəfərdən ibarət bütün ailə həlak olub. Mülki şəxslərin həlak olması Cenevrə Konvensiyasını kobud şəkildə pozur”.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...