Könül Nurullayeva Türkiyə mətbuatına açıqlama verib

Könül Nurullayeva Türkiyə mətbuatına açıqlama verib
 

"Dağlıq Qarabağ Azərbaycanın milli məsələsidir. 30 ilə yaxındır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayır. Sentyabrın 27-də Azərbaycan Ordusunun komandanlığının bütün cəbhə boyu əks-hücum əməliyyatının başlaması da Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etməyə hesablanıb”.

Bu fikirlər Milli Məclisin deputatı Könül Nurullayevanın Türkiyənin nüfuzlu mətbuat orqanlarına açıqlamasında yer alıb.

Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün tarixi vəzifədir və Azərbaycan Silahlı Qüvvələri bu tarixi vəzifəni layiqincə yerinə yetirir:  "Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad etmək istiqamətində səfərbərdir. Ümumiyyətlə, beynəlxalq hüququn bütün tələblərinə görə dövlətin ərazi bütövlüyünün toxunulmazlığı və bərpası üçün mümkün imkanlardan istifadə edilməsi nəzərdə tutulur. Azərbaycan da beynəlxalq hüququn normaları əsasında öz ərazi bütövlüyünü, suverenliyini bərpa edəcək”.

K.Nurullayeva qardaş Türkiyənin ölkəmizə dəstəyini xüsusi qeyd edib. Bildirib ki, regionda vəziyyətin daha da gərginləşməsinin səbəblərindən biri də Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyidir: "Azərbaycanın bu haqq işində Türkiyənin dəstəyi qürurvericidir. Qardaş ölkənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan "Tarix, Siyasət və Ölkələrarası Münasibətlər baxımından Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq Dənizi Simpoziumu”nda Azərbaycana dəstək bəyanatı ilə çıxış edərək bildirib: "Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal tərk edilməsi ilə bölgə yenidən sülh və əmin-amanlığa qovuşacaq. Azərbaycan torpaqlarına hücum edən Ermənistanı bir daha qınayıram. ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə kimi, təxminən 30 ildir, Dağlıq Qarabağ münaqişəsini həll etməyiblər və həll etməmək üçün də əllərindən gələni edirlər. Cənab Ərdoğan haqlı olaraq Minsk üçlüyünün yarıtmazlığını bir daha gündəmə gətridi. Çünki məhz həmsədr ölkələrin yarıtmaz fəaliyyəti ucbatından, Ermənistana qarşı hər hansı təzyiqin olmaması səbəbindən münaqişə bölgəsində vəziyyət daha da gərginləşdi. Düşmən ölkənin təxribatlarının ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən  gözardı edilməsi nəticə etibarı ilə hərbi əməliyyatları zərurətə çevirdi. Mövcud vəziyyətə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.”


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...