"İndiki vəziyyətdə emosiyalarımız ancaq döyüş xəttinə yönəlməlidir”

 

Bu gün axşam saatlarından Azərbaycan ordusunun Madagiz (Suqovuşan) və daha 7 (Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi) kəndi işğaldan azad etməsi xəbəri ölkə başçısı tərəfindən rəsmən elan edildikdən sonra, insanlar öz sevinclərini bölüşmək üçün küçələrə axışıblar. 

Sfera.az xəbər verir ki, cəbhədə gərgin döyülərin getdiyi və ölkədə Hərbi vəziyyətlə əlaqədar komendant saatının elan olunduğu bir vaxtda, insanların küçələrə axışması birmənalı qarşılanmayıb. 

Mövzu ilə bağlı  açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, döyüş əməliyyatları getdiyi bir vaxtda küçələrə axın etməməli və bütün diqqəti döyüş bölgəsinə, eləcə də orduya yönəltməliyik: "Ordumuza ən böyük dəstək döyüş bölgəsinə geyimlər göndərmək, Silahlı Qüvvələr Fonduna pul vəsaiti köçürməkdir. İndiki vəziyyətdə hər hansı bir şəkildə asayiş keşikçilərinin diqqətini yayındırmaq, qaydaları pozmaq yolverilməzdir. İnsanlar daha səbr və təmkinli davranmalıdırlar. Əsas diqqət döyüş bölgəsinə yönəldilməlidir”.

Deputat əlavə edib ki, belə bir vəziyyətdə insanlar diqqətli olmalıdırlar: "Artıq deyilib ki, insanlar Səfərbərlik İdarəsinə müraciət edib döyüş bölgəsində iştirak etmək üçün qeydiyyatdan keçə bilər. Bütün hallarda hərbi vəziyyətin qaydalarının pozulması doğru addım kimi qiymətləndirilmir. Komendant saatının qaydalarına əməl etmək lazımdır. Qələbə prosesi yekunlaşandan sonra küçəyə çıxıb bayram edə bilərik. İndiki vəziyyətdə emosiyalarımız ancaq döyüş xəttinə yönəlməlidir”. 

(mediapost)


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...