Mustafa Şentop ermənilərin Gəncəyə hücumunu qınadı

11:33 / 05.10.2020
842
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop
Gəncədə mülki əhalinin Ermənistan ərazisindən atəşə tutulmasını pisləyib.
Sfera.az xəbər verir ki, M. Şentop bu barədə "Twitter" səhifəsində yazıb:
"Azərbaycanın tarixi Gəncə şəhərinə edilən hücum Ermənistanın hüquq tanımaz və işğalçı davranışının son nümunəsidir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoymağa çarə tapmaqdan qaçan Minsk qrupu Gəncəni və mülki əhalini hədəf alan hücumlar qarşısında susqun qalıb. Beynəlxalq təşkilatlar və qurumların ikili standartları sona çatmalıdır”.