Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTOLAR

11:30 / 05.10.2020
923
Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş texnikası və avtomobilləri qənimət götürülüb.
Sfera.az xəbər verir ki, qənimət götürülən silah-sursat və texnika arasında 3 tank, 9 "Ural", 1 "Sadko", 1 "UAZ" da var.
Qeyd edək ki, dünən Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndlərini işğaldan azad edib.