Düşmən Azərbaycanı Ermənistandakı bu nöqtələrdən vurur - FOTO

Düşmən Azərbaycanı Ermənistandakı bu nöqtələrdən vurur - FOTO
"Ermənistanın son hücumları kütləvi insan fəlakətinə səbəb ola biləcək haldır. Eyni zamanda Cenevre Konvensiyasına ziddir. Ermənistan bunu etməklə təxribat yaratmaq və üçüncü tərəfləri məsələyə cəlb etməyə çalışır”.

Sfera.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev öz "Twitter" hesabında yazıb. 

O, paylaşımına infoqrafika da əlavə edib. Həmin xəritə tipli infoqrafikada düşmənin Azərbaycana atdığı raketlərin Ermənistanın öz ərazisindən tuşlandığı göstərilir.

Ermənilər müxtəlif istinad nöqtələri ilə Gorus və Vardenis rayonlarından Azərbaycanın 6 mülki ərazisinə raket hücumları təşkil edib. Belə ki, Vardenisdən Xızı, Abşeron, Mingəçevir, Gəncə, Gorusdan isə Tərtər və Beyləqan atəşə tutulur. 

Qeyd edək ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də tvitterdə sözügedən paylaşımı retvit edib. 

Xatırladaq ki, H. Hacıyev ötən gün keçirdiyi brifinqdə Azərbaycanın peyk texnologiyası vasitəsilə atəşlərin trayektoriyalarını müəyyənləşdirərək Beynəlxalq İctimaiyyətə çatdırılacağını bildirmişdi. 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...