Müdafiə Nazirliyi ordumuzun qan ehtiyatları ilə bağlı məlumat yaydı

Cəmiyyət
10:52 / 05.10.2020
833
Qan vermək
məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən
xeyli sayda müraciətlər daxil olur.
Sfera.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb:
"Bununla əlaqədar bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.
Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur".