Çində yük maşını qəza törədib, 6 nəfər ölüb

Dünya
10:10 / 05.10.2020
915
Çinin Qansu əyalətində yük maşını kənd təsərrüfatı malları bazarına çarpılıb.
Sfera.az xəbər verir ki, insident nəticəsində azı 6 nəfər ölüb, 14 nəfər yaralanıb.
Hadisə Dinsi şəhər dairəsindəki Çabunjen kəndi ərazisində baş verib. Sürücü hələ müəyyən edilməmiş səbəbdən maşınının idarəetməsini itirib.
Beş nəfər hadisə yerində ölüb, 1-i isə xəstəxanaya aparılarkən keçinib. Yaralılardan 5-nin vəziyyəti ağır kimi qiymətləndirilir.
Səlahiyyətli şəxslər hadisənin başvermə şəraitini müəyyənləşdirir.