Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Sağlıq
08:59 / 05.10.2020
1426
Çində son sutka ərzində daha 20 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
Sfera.az bildirir ki, bu barədə "worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 470-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.
Ümumilikdə 80 628 xəstə sağalıb. Ölkədə 208 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2-nin vəziyyəti ağır qiymətləndirilir.