Dövlət Baxçalı ermənilərin dinc əhalimizi atəşə tutmasını pislədi

Dövlət Baxçalı ermənilərin dinc əhalimizi atəşə tutmasını pislədi
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) başçısı Dövlət Baxçalı Azərbaycanın yaşayış məntəqələrinin, o cümlədən Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasını pisləyib.
 
Sfera.az bildirir ki, bu barədə siyasətçi tvitterdə ard-arda paylaşımlar edib.  

Siyasətçinin sözlərinə görə, Yerevanın bu addımı Ermənistanın əsl simasını ifşa edir.

"Erməni dəstələri döyüş meydanında itki verdikcə onlar Azərbaycanın dinc əhalisinə hədəflənirlər - hərbi əməliyyatlar zonasının genişləndirilməsi üçün əllərindən gələni edirlər”, - Baxçalı yazıb.

O qeyd edib ki, əvvəllər də türklərə qarşı kütləvi cinayətlər törətmiş ermənilərin azğın təfəkkürü Gəncə, Tərtər, Füzuli və Ağdam əhalisinə atəş açması nümunəsində özünü bir daha nümayiş etdirib.

"Ermənistan Cənubi Qafqazda sülh və sabitlik yolunda yeganə maneədir. Beynəlxalq ictimaiyyətin Azərbaycanın dinc əhalisinə qarşı qanlı hücumlara reaksiya verməsinin vaxtıdır", - deyə türkiyəli siyasətçi yazıb.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...