Rəsmi Ankaradan Gəncənin atəşə tutulmasına reaksiya

Rəsmi Ankaradan Gəncənin atəşə tutulmasına reaksiya
Ankarada Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri olan Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutulmasını qətiyyətlə pisləyiblər. Sfera.az bildirir ki, bu barədə "Anadolu” agentliyi xəbər verib.

"Bu cür hücumlar (Gəncənin raket atəşinə tutulması – red.) Ermənistanın gücsüzlüyünün və insanlığa qarşı cinayətlərə hazırlığının göstəricisidir”, - Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Türkiyənin xarici siyasət idarəsində vurğulanıb ki, Ermənistan regionda sülh və sabitlik yolunda ən böyük maneə olaraq qalır. Qeyd olunub ki, Gəncənin dinc əhalisinin raket atəşinə tutulması Yerevanın beynəlxalq hüquq normalarına biganəliyini bir daha göstərdi.

"Döyüş sahəsindəki məğlubiyyəti fonunda Ermənistan beynəlxalq hüquq normalarına, o cümlədən, mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının tələblərinə məhəl qoymur. Türkiyə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Əminik ki, Bakı Ermənistanın təxribatlarına uymayacaq və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri çərçivəsində özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək. Türkiyə Azərbaycanın dinc əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyir”, - bəyanatda vurğulanır.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri oktyabrın 4-də Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncəni ağır artilleriyadan atəşə tutub. Nəticədə 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb, şəhərdəki mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən dövlət tərəfindən mühafizəyə götürülən (inv. 3838) tarixi abidəyə ciddi ziyan dəyib


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...