Mingəçevirdə mülki şəxslər arasında yaralananlar var

Cəmiyyət
23:41 / 04.10.2020
1249
Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhərinə raket hücumu nəticəsində infrastruktura ciddi ziyan dəyməsə də, mülki şəxslər arasında yaralananlar var.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter səhifəsində yazıb.
