XİN: Nikol Paşinyan öz xalqını fəlakətə sürükləyir

XİN: Nikol Paşinyan öz xalqını fəlakətə sürükləyir
 

"Ermənistan baş naziri bu ilin 3 oktyabr tarixində erməni xalqına müraciətində ənənəvi yalan və iftira dolu fikirlərini səsləndirib. Təcavüzkar siyasətinə haqq qazandırmağa çalışan və erməni xalqını bu siyasətin qurbanına çevirən N.Paşinyan bölgədə sülhün bərpa edilməsi istiqamətində addımlar atmaqdan çox uzaqdır".

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan baş nazirinin xalqa müraciətinə dair şərhində bildirilib. 

"Bölgədəki gərginliyin kökündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında qeyri-qanuni mövcudluğunun durduğunu və BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq ictimaiyyətin işğala son qoymaq tələblərini görməzlikdən gələn Ermənistanın hazırkı rəhbərliyi məsələyə tamamilə əsassız şəkildə dini çalarlar qataraq bir tərəfdən öz işğalçı siyasətini ört-basdır etməyə davam edir, digər tərəfdən isə öz xalqını fəlakətə sürükləyir.

Ermənistan rəhbərliyinin davamlı şəkildə bölgədəki əməliyyatlarda, guya ki, Türkiyənin də iştirak etməsi ilə bağlı söylədiklərinin yalnız bir məqsədi var, münaqişəyə üçüncü tərəflərin cəlb olunmasına nail olmaq. Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün kifayət qədər hazırlıqlıdır və 27 iyul tarixindən etibarən Ermənistanın yeni təcavüzünün qarşısını almaq üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadən əks həmlələr həyata keçirir.

Ermənistan baş nazirinin "ermənilərə qarşı soyqırımı” siyasətinin həyata keçirilməsi ilə bağlı cəfəng fikirlərinə gəldikdə isə, müharibə dövründə Azərbaycanlı əhaliyə qarşı müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, Xocalı soyqırımını törədən Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfinin beynəlxalq humanitar hüquqa uyğun şəkildə əks cavab tədbirlərini həyata keçirdiyini və dinc insanları hədəfə almadığını vurğulayırıq.

Azərbaycan silahlı qüvvələri öz suveren ərazilərində və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün haqlı mübarizə aparır. Ermənistan rəhbərliyinin bölgədə yaranmış vəziyyətə görə öz birbaşa məsuliyyətini ört-basdır etmək məqsədilə atdığı hər bir addım uğursuzluğa düçardır", - XİN-dən bildirilib. 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...