Düşmənin top atəşi nəticəsində Beyləqanda 2 mülki şəxs həlak olub, yaralananlar var

Düşmənin top atəşi nəticəsində Beyləqanda 2 mülki şəxs həlak olub, yaralananlar var
 

"Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir".

Bu barədə Sfera.az-a Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. 

"İşğalçı ölkənin silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 19 radələrində şəhər sakinləri - 1976-cı il təvəllüdlü İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar, eyni zamanda şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən şəhər sakinləri - 1982-ci il təvəllüdlü Balakişiyev Etibar Təvəkkül oğlu, 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər, çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 , 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Həmçinin təcavüzkar ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonu Azad Qaraqoyunlu kəndinə düşmüş top mərmilərinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Səfər Əyyub oğlu və Quliyev Akif Yunis oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...