Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Dünya
09:09 / 04.10.2020
2256
Çində son sutka ərzində daha 16 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. "Qafqazinfo” bildirir ki, bu barədə "worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 450-yə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.
Ümumilikdə 80 621 xəstə sağalıb. Ölkədə 195 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2-nin vəziyyəti ağır qiymətləndirilir.