Ağcabədidə özünü jurnalist kimi təqdim edən narkotacir saxlanıldı - FOTO

Ağcabədidə özünü jurnalist kimi təqdim edən narkotacir saxlanıldı - FOTO
 Artıq bir neçə gündür axşam saatlarında ölkənin bəzi şəhər və rayonlarında komendant saatı tətbiq edilir. Bununla əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Bakı şəhəri ilə yanaşı bölgələrdə də postlar qurulub. Həmin postlarda xidmətin ayıq-sayıq təşkil edildiyini sübut edən hadisələrdən biri də Ağcabədi rayonunda qeydə alınıb.

DİN-dən Sfera.az-a bildirilib ki, Ağcabədi-Beyləqan yolunda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəbrayıl rayon sakini Zeynullah Əsədovun idarə etdiyi "Naz Lifan” markalı avtomobillə komendant rejimini pozduğu üçün saxlanılıb. Sürücü əvvəlcə polislərə özünü "jurnalist” kimi təqdim edərək "Cinayətkarlığa Qarşı Mübarizə” qəzetinin redaktoru olduğunu bildirib və məsuliyyətdən yayınmağa çalışıb. Amma sürücünün davranışları polislərdə şübhə doğurduğundan onun avtomobilinə baxış keçirilib. Baxış zamanı Zeynullah Əsədovun nəqliyyat vasitəsindən 10 büküm satış üçün nəzərdə tutulan 83 qram narkotik vasitə marixuana və heroin, 2 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, həmçinin kəsici alətlər polislər tərəfindən aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Zeynullah Əsədovun digər cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...