Azərbaycandan Qarabağ ermənilərinə çağırış: "Mərhəmətimizə sığının..."

Azərbaycandan Qarabağ ermənilərinə çağırış:

"Artıq 7-ci gündür, təcavüzkar Ermənistan azərbaycanlı mülki əhaliyə qarşı raket və artilleriya atəşlərini davam etdirir”.

 

Sfera.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.

Onun fikrincə, bu, bir daha onu göstərir ki, onlar işğalı davam etdirmək niyyətindədir: "Biz Ermənistanın təcavüzünə, Ermənistan hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı etdiyi bu cinayətlərə cavab olaraq bildirdik ki, 30 ildir, münaqişənin tənzimlənməsini gözlədik. Ancaq onlar nəinki sülhə gəldilər, hətta yeni əraziləri ələ keçirməklə bağlı yeni bəyanatlar səsləndirdilər. Bizim Konstitusiyanın 9-cu maddəsi məhz silahlı qüvvələrdən bəhs edir. Silahlı Qüvvələrimiz hazırda torpaqlarımızı işğal edənlərə qarşı əməliyyat keçirməklə, oradan qovulmuş insanların geri qayıtması üçün cəhdlər edir. Biz də icmanın üzvləri, nümayəndələri kimi Silahlı Qüvvələrimizin bu əks-həmlə əməliyyatlarını dəstəkləyirik”.

Tural Gəncəliyev hazırda Azərbaycanın işğal altında olan torpaqlarında yaşayan erməni sakinlərinə müraciət edib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri heç bir vəchlə orada yaşayan mülki əhaliyə qarşı heç bir silah işlətmir: "Əksinə, beynəlxalq hüququn bütün prinsiplərini qoruyur. Orada yaşayan erməni sakinlərə səslənirəm ki, Azərbaycan Silahlı Qüvvələrinə qarşı silah götürməsinlər. Bilsinlər ki, Azərbaycan Silahlı Qüvvələri bu gün keçirdiyi əməliyyatlarla həm Azərbaycan Respublikasının torpaqlarını işğaldan azad edir, həm də oradan qovulan əhalinin hüquqlarını bərpa edir. Orada yaşayan erməni əhali bunu başa düşməlidir. Bu əməliyyatlardan sonra orada yaşayan etnik azlıqlar da bölgəyə qayıdan azərbaycanlılarla birgə yaşamaq hüququ qazanacaqlar. Ordumuzun həyata keçirdiyi əməliyyatın əsas məqsədi yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarını bərpa etməkdir. Oradakı ermənilər Azərbaycan silahlı qüvvələrinin mərhəmətinə sığınsınlar”.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...