Gürcüstanın XİN başçısı: “Bölgədə olduqca mürəkkəb vəziyyət yaranıb”

Gürcüstanın XİN başçısı: “Bölgədə olduqca mürəkkəb vəziyyət yaranıb”
 

"Ermənistan və Azərbaycan arasında eskalasiyanın davamı bütün regiona olduqca mənfi təsir edəcək”.

Sfera.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Nazir beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunu gərginliyin azaldılması üçün bütün mümkün imkanlardan maksimum istifadə etməyə çağırıb:

"Azərbaycan və Ermənistan arasında növbəti hərbi qarşıdurma nəticəsində olduqca mürəkkəb vəziyyət yaranıb. Təəssüflər olsun ki, hərbi əməliyyatlara görə dialoqu bərpa etmək mümkün olmayıb. Biz hamımız anlayırıq ki, vəziyyətin daha da kəskinləşməsi bütün regionun təhlükəsizliyinə olduqca mənfi təsir göstərəcək”.

D.Zalkalianinin sözlərinə görə, Gürcüstan hər zaman qonşuları qarşısında və beynəlxalq öhdəliklərə sadiq qalıb:

"Gürcüstan hökuməti eskalasiya başlayan kimi bir sıra əhəmiyyətli addımlar atıb. Tərəfdaşlarımız da bu barədə məlumatlandırılıb. Biz onlarla daimi təmasdayıq. İstənilən digər beynəlxalq tranzit daşımalara gəlincə, Gürcüstan tərəfi üzərinə götürdüyü beynəlxalq öhdəlikləri tam olaraq yerinə yetirəcək”.

(report)


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...