Gürcüstan DTX-dən suriyalı döyüşçülərlə bağlı AÇIQLAMA

13:08 / 03.10.2020
3280
"Suriyada hərbi əməliyyatlarda iştirak edən silahlı birləşmələrin
Türkiyədən Azərbaycana Gürcüstan ərazisi vasitəsilə keçməsi barədə məlumatlar
yalandır və bölgədəki vəziyyəti daha da gərginləşdirməyə yönəldilib”.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili bildirib.
Onun sözlərinə görə, DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə aktiv əlaqəni davam etdirir:
"Təhlükəsizlik məsələləri üzrə bütün qərarlar regiondakı vəziyyət və cari proseslər nəzərə alınmaqla qəbul ediləcək. Gürcüstanın dövlət təhlükəsizliyi və bölgədəki sabitliyə təhdid olan istənilən fəaliyyətə qarşı qanunauyğun tədbirlər görüləcək”. /Report