XİN-dən əcnəbi jurnalistlərə XƏBƏRDARLIQ

XİN-dən əcnəbi jurnalistlərə XƏBƏRDARLIQ
"Ermənistanın Azərbaycan Respublikasına qarşı davam edən hərbi əməliyyatları zamanı həm öz vətəndaşları, həm də üçüncü ölkələrin vətəndaşları olan jurnalistləri istismar etmək üçün etdiyi məsuliyyətsiz cəhdlərindən bəhs edən xəbərlərin sayı artmaqdadır. Xüsusi narahatlıq doğuran haldır ki, Ermənistan bəzən jurnalistləri və digər media mütəxəssislərini aktiv hərbi əməliyyatların getdiyi ərazilərə gətirərkən, onları döyüşçülərdən aydın şəkildə ayırmaq üçün bilərəkdən lazımi tədbirlər görmür”.


 

Sfera.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında qeyd edilib.


 

Bildirilib ki, Ermənistanın bu məsuliyyətsiz davranışı öz-özlüyündə, onun beynəlxalq humanitar hüquq üzrə üzərinə götürdüyü mülki əhalini və mülki obyektləri hücumların təsirindən qorumaq üçün bütün mümkün tədbirləri görmək öhdəliyinin ciddi şəkildə pozulmasıdır:


 

"Bununla, Ermənistan anti-Azərbaycan təbliğatı məqsədilə münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizlik və mühafizəsini risk altına atır.

 

Xarici İşlər Nazirliyi xatırladır ki, beynəlxalq humanitar hüquq və BMT Təhlükəsizlik Şurasının 1738 (2006) və 2222 (2015) saylı qətnamələrinə əsasən, silahlı qarşıdurmalardakı jurnalistlər mülki insanlar kimi təsnif edilir və belə olduğundan mülki statuslarına mənfi təsir göstərən heç bir hərəkət etməmələri şərti ilə mülki vətəndaşlara şamil olunan müdafiə ilə təmin edilməlidirlər.


 

Bu səbəbdən, bütün jurnalistlər, media mütəxəssisləri və əlaqəli şəxslərin maksimum dərəcədə diqqətli olmaları və münaqişə bölgəsindəki mülki statuslarına xələl gətirəcək hər hansı bir əməldən çəkinmələri böyük əhəmiyyət kəsb edir”.


 

Nazirlik BMT qətnamələrinin jurnalist fəaliyyəti üçün bir çərçivə yaratdığını və silahlı münaqişə vəziyyətlərində işləyən və bu barədə məlumat verən media mütəxəssisləri üçün istinad şərtləri (qaydaları) olduğunu vurğulayıb:


 

"Xüsusilə, bu qətnamələrdə Təhlükəsizlik Şurası bütün dövlətlərin siyasi müstəqilliyi, suveren bərabərliyi və ərazi bütövlüyü, habelə bütün dövlətlərin suverenliyinə hörmət prinsiplərinə sadiq qaldıqlarını təsdiqləyir və şiddət, soyqırım, insanlığa qarşı cinayətlər və beynəlxalq humanitar hüququn digər ciddi pozuntularını təhrik etmək üçün medianın istifadəsini qınayır.


 

Jurnalistlərin açıq-aydın şəkildə təsbit edilmiş bu qaydalara riayət etməmələri medianın gərginlik və nifrəti alovlandırmaq üçün istismar olunması risklərini artırır və dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiqi nəticəsində yaranan və beynəlxalq humanitar hüququn ciddi pozuntuları ilə müşayiət olunan vəziyyətlərə gətirib çıxarır ki, bu da ərazilərin işğalı və münaqişələrin davam etdirilməsinə səbəb olur.


 

Jurnalistləri bir daha Azərbaycanın müvəqqəti işğal olunmuş ərazilərinə səfər etməməyə, beləliklə, Ermənistanın onları istismar etməsinə imkan verməməyə, habelə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində fəaliyyət göstərənləri yuxarıda qeyd edilən tələblərə ciddi şəkildə əməl etməyə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hər hansı bir hərəkətdən, o cümlədən, Ermənistanın Azərbaycana qarşı qanunsuz qüvvələrdən istifadəsini təbliğ etməkdən çəkinməyə çağırırıq.


 

Bütün bu media nümayəndələrinə, xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası ilə bağlı Azərbaycan Respublikasının qayda və qanunlarına ciddi şəkildə riayət etməyi tövsiyə edirik.


 

Bundan əlavə, bütün aidiyyəti hökumətlərarası və qeyri-hökumət təşkilatları və inistitutları, jurnalistər, media işçiləri və əlaqəli şəxslərin Ermənistan tərəfindən sonuncunun Azərbaycana qarşı hərbi təcavüzündə istismarının qarşısını almaq və bütün jurnalistlərin mülki statuslarına mənfi təsir göstərməmək üçün ciddi şəkildə qayda və qanunlara əməl etmələrini təmin etmək məqsədilə bütün lazımi tədbirləri görməyə çağırırıq”.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...